Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Quliyev Abdulla Abbasqulu oğlu (doğulduğu tarix 25.12.1929, Ordubad şəhəri) –rəssam. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1953) və Moskva Ali Sənaye Rəssamlıq Məktəbini (1960) bitirmişdir. Həmin vaxtdan Moskvada yaşayıb-yaradır. Rusiya Federasiyasının Moskva Daha ətraflı →
Bir şəhər yaşayır Araz qoynunda
Bir şəhər yaşayır Araz qoynunda
Hələ düşməyibdi haraya-haya
Burda çinarlar var min ildən də çox
Yarpaq gözləriylə baxir dünyaya
* * *
Tilsimli kəhrizlər hər ev hər küçə
Hələ açılmamış tarixidi burda
Sinəsi oyulan qara daşların
Oxunmaz yazısı darıxdı burda
* * *
Əcnövur Savalan durub üz-üzə
Bəlkə dərdləşirlər dağlar dilində
Ordubad bir qərib bayatı kimi
Ağlayır Arazın ağlar dilində
* * *
Axıb zaman zaman üst üstə gələn
Düşmən deyə bilməz burda yarıdı
Burda dağlı qarlar qərib qalalar
Ulu Avestanın varaqlarıdı
* * *
Ordular yatırıb bu yurd Bəs Araz?
Necə sərhəd olub dikəldi burda
Bu gün daşı düşən Zorxana dilsiz
Təbrizə boylanan heykəldi burda
Rüstəm Behrudi
Bu bayramdan bayrama...
Dincəlirəm Ordubadda
Bir bayramdan bayrama
Halay çəkib rəqs edirəm
Bu bayramdan bayrama
* * *
İlahi bu nə toplantı
İlahi bu nə izdiham
Sərşəhəri boş görməzsən
Bu bayramdan bayrama
* * *
Ordubadın xanı budu
Görünməyən yanı budu
İldə bir kərəmdi-budu
Bu bayramdan bayrama
* * *
Tarakkası susmaz gələr
Qayqanağı süfrə bəzər
Keçəl Kosa deyib gülər
Bu bayramdan bayrama
* * *
Aqat xanın sözü birdi
Üç qulluqçu bir vəzirdi
Ayrı vaxtı mürdəşirdi
Bu bayramdan bayrama
* * *
Sözüm çoxdu fəqət vaxt az
Bir qələmdi, o da yazmaz
ORdubadliXAN.De gül bir az
Bu bayramdan bayrama
Ordubadlixan
Körpənin yadına ana düşən tək
Körpənin yadına ana düşən tək
Bu axşam yadıma Ordubad düşüb
Qəlbimdə yer tapmır bu arzu istək.
Bu axşam yadıma Ordubad düşüb
* * *
Nəyilə bu torpaq sevdirib məni
Bəzən əzizləyib güldürüb məni
Bəzən də ağladıb küsdürüb məni
Bu axşam yadıma Ordubad düşüb
Oturub qoca tut altında nənəm
Yaqli şorlu tutur bir dürmək mənə
Doymaram dadından istərəm yenə
Bu axşam yadıma Ordubad düşüb
* * *
Dadı tam fərqlidir basdiq bulamacın
Yağlı cəviz min dərdlinin əlacı
Kündə elə od üstünə qoy sacı
Ehhhhh.... Bu axşam yadıma Ordubad düşüb
Ordubadlixan
Ordubada gəlirəm
* * *
Ordubada gəlirəm, Təbriz havası udam
Ordubada gəlirəm, bir Təbriz duzu dadam
* * *
Ordubada gəlirəm, Təbriz gözəli görəm
Ordubada gəlirəm, Təbriz çiçəyi dərəm
* * *
Ordubada gəlirəm, ana səsi eşidəm
Ordubada gəlirəm, layla səsi eşidəm
* * *
Ordubada gəlirəm, deyəm qərib deyiləm
Ordubada gəlirəm, bir günlük deyib - güləm
* * *
Ordubada gəlirəm, Arazla pıçıldaşım
Ordubada gəlirəm, sel olub axım-daşım
* * *
Ordubada gəlirəm, ruhum qəfəsdən uça
Uca dağlar başından Təbrizə bir yol aça
Əbülfəz Hüseyni
Ordubada yağış yağır
Ordubada yağış yağır...
Külək deyir öz sözünü
Bulud tutur göy üzünü
Azərbaycan gözəlini
Görüb sevincdən ağlayır
Ordubada yağış yağır...
* * *
Yağış yağıır. Hava sərin
Heyran olur bu yerlərin
Havasını udan kəsin
Dərdi-qəmi yaddan çıxır
Ordubada yağış yağır...
* * *
Ay qonşular bizə gəlin
Söhbət edək şirin-şirin
Fatma xala, ötənləri
Həsrət ilə yada salır
Ordubada yağış yağır...
* * *
Nəvə deyir nənə mənə
Bu gün söylə nağıl yenə
Nənə deyir dönə-dönə
Nəvə isə çoxdan yatır...
Ordubada yağış yağır...
* * *
Bu yağışın həzin səsi
Ruhun rahatlıq nəğməsi
ORdubadliXAN tək kəsin
Yarasına məlhəm yaxır
Ordubada yağış yağır...
Ordubadlixan
Ordubadım Mənim!
Araz kənarında dağ çiçəyisən,
Bu Vətən mülkünün ağ çiçəyisən,
Ömrümün cavanlıq çağ çiçəyisən
Saf eşqim, novrağım, müradım mənim
Ordubadım mənim !
Damarımdan axan qan səninkidir,
Bütün cismim sənin, can səninkidir,
Şərəf səninkidir, şan səninkidir,
Ay şərəfım mənim, ay adım mənim,
Ordubadım mənim !
Hüsnünü çəkmişəm gözlərimdədir,
Bar-bəhrənin dadı sözlərimdədir,
Torpağmm gücü dizlərimdədir,
Bu günüm, dünənim, soyadım mənim
Ordubadım mənim !
Hara getsəm sənin xəyalındayam,
İstərəm admı dünyaya yayam,
Sonra da köksünə gəlib baş qoyam,
Budur son diləyim, muradım mənim
Ordubadım mənim !
Əsəd ƏYLisli
Ordubadın Vəsfi
Ordubadı nə deyim,vəsfi gülüstanə dəyər,
Bir əcəb guşədir ki,cənnəti-rizvanə dəyər,
Hər dəm Əylis səfəri hündü Səfahanə dəyər,
Elə şahidləri var hüriyi-qılmanə dəyər,
Müxtəsər,abu-həvası bütün İranə dəyər!
* * *
Hakimi Şeyxəli xan kani-səxavət,nə deyim!
Yoxdu Kəngərli kimi mərdi-şücaət,nə deyim!
Görmədim bir elə sultani-ədalət,nə deyim!
Sahibi-təblü ələm,özgə qiyamət,nə deyim!
Çıxsa cəng eyləməyə,Nadiri-dövranə dəyər!
* * *
Öz pənahında görüm saxlasın ol həyyu-müin,
Yetməsin qamətinə afəti-dövranü zəmin,
Tül vermən nəzərur,ərz edirəm müxtəsərin,
Ola bilməz buna bir kəs ki,nəcabətdə qərin,
Rütbəvü mərtəbəsi Xosrovu Xaqana dəyər,
* * *
İki həmman,iki dibçeyu-hərfü kələmat,
Rütbəvü mərtəbəsi cümlədən ali dərəcat,
Suyu saf,içməyə hər cürəsi bir abu-həyat,
Təmi xoş,ləzzəti yaxşı-məsəli qəndi-nəbat,
Bundan artıq nə deyim,Çeşməyi-heyvanə dəyər!
* * *
Cümlə oğlanlarının boyları sərvi-çəməni,
Gül kimi nazikü ziba çəkilibdir bədəni,
Fələmən cübbə geyib,reyhanadan pirihəni,
Üzləri laleyi-tər,yoxsa güli-yasəməni,
Filmsəl pərtövü məhü-məhi tabanə dəyər.
* * *
Desələr gər ki,bu sözlər kimin əndişəsidir,
Əndəlibin gülü tərif eləmək peşəsidir
Əlləri bəs deyəsən rindələrin şişəsidir
Dilləri mən kimi yüz təşnələbin tüşəsidir,
Sözlərimin gühəri ləli-bədaxşanə dəyər.
Əndəlibin QARADAĞLI
Ordubadı vətən seçmişəm
Mən hüsnünə
nələr deyim Vətənin,
Deyilməmiş söz içində söz olsun.
Hər cümləmin bir
kəlməsi,bir sözü,
Məndən sonra Vətənimə
göz olsun.
Taleyimin ilk addımı
uğurlu.
Vətən səndən ilhamımı
almışam
Dön keçmişə,tarixinə
vərəqlə, -
Hər vərəqdə alovlanıb
yanmışam!
Dağ çeşməsi sərin
olar deyiblər.
Sərin suyun
dərdlərimin dərmanı
Vətənimi geniş
qəlblə sevmişəm,
Vətən sənin
qüdrətinə tay hanı?!
"Ələngəz"dən,"Əcnövür"dən,"Bəlkə"dən.
Qarış-qarış
dağlarından keçmişəm.
Dostlar,bu gün ona
görə xoşbəxtəm,
Ordubadı ana Vətən
seçmişəm!
Şair Tağı Sadiqov