Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Zeynalov Fərhad Ramazan oğlu (22.06.1929, Ordubad şəhəri - 16.10.1984, Bakı; Ordubadda dəfn olunmuşdur) –türkoloq, dilçi. Filologiya elmləri doktoru (1966), prof.(1968). Azərb. Dövlət Un-tinin (indiki BDU) fillogiya fakültəsini Daha ətraflı →
Akademik H.Əliyev
adına Ordubad Milli Parkı . . .
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 №li
Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində
Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı
verilmişdir.

Ordubad Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin
mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi
xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən,
endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata
keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli
şərait yaradılmasından ibarətdir.

Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Ordubad Milli
Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr
arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb
istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var. Aşınmış
süxurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi azalır və
relyeflərin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır.


