Muzeylər

Tarix Diyarşünaslıq Muzeyi

17-ci əsr Azərbaycan memarlıq abidəsi Ordubad şəhərindədir.Böyük gümbəzdən və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir.Gözəl memarlıq üslubunda inşa edilmişdir.İlk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulmuşdu.Sonralar pəhləvanların güləşdiyi yer kimi xalq arasında Zorxana adı ilə tanınmışdır.19 –cu əsr ortalarında “Əncüməni-şüəra” ədəbi məclisinin yığıncaqları burda keçirilirdi. 1985 -ci ildə əsaslı bərpa olunmuş, 1990-cı ildən isə Ordubad tarix-diyarşünaslıq muzeyi burada yerləşir. Ərdəbil, Təbriz və başqa şəhərlərdə zərgərlik məmulatı satılan örtülü bazarlarda Qeysəriyyə adlanır.




Yusif Məmmədəliyevin ev muzeyi

Ümum Milli Liderimiz Heydər Əliyev muzeylərimiz haqqında çox gözəl demişdir “Milli ən-ənələrimizin nə qədər dəyərli olduğunu gələcək nəsillərə göstərmək və bu, ən-ənənələr əsasında tərbiyə etmək üçün muzeylər gərəkdir” Muzey yunanca “muza” sözündən götürülüb mənası “mədəniyyət,incəsənət elm ilahəsi” deməkdir.İlk muzey XVII əsrdə Kritdə,XX əsrdə Çində,Azərbaycanda isə ilk dəfə 1919-cu ildə,Bakı şəhərində Tarix-Diyarşünaslıq Muzeyi yaradılmışdır.
Naxçıvan MR,Ordubad rayonunda Mədəniyyət və Turizm Nazirliyinə bağlı 3 muzey fəaliyyət göstərir:
1.M.S. Ordubadi Muzeyi -1972-ci ildən fəaliyyət göstərir
2.Y.Məmmədəliyev Muzeyi -1975-ci ildən.
3.Tarix-Diyarşünaslıq Muzeyi -1981-ci ildən.


Y.Məmmədəliyevin ev Muzeyi 1975-ci ildə Ümum Milli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə,Alimin qazandığı misilsiz elmi naliyyətlərinin uğuru nəticəsində 75 illiyi münasibətilə yaradılmışdır. Muzey dörd otaqdan,iki eyvandan ibarətdir.Birinci otaqda alimin uşaqlıq illəri,tələbəçilik illəri və Moskva Dövlət Universitetində oxuduqu dövrlərlə bağlı şəkilləri,Elmlər Akademiyasına Üzv





Ünvan: Ordubad şəhəri, Y.Məmmədəliyev, 7


Məmməd Səid Ordubadinin ev muzeyi

1972-ci ilin iyun ayında ədibin anadan olmasının 100 illiyi münasibətilə onun anadan olduğu mənzildə açılmışdır. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, Məmməd Səid Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli xadimlərin şəkilləri, xatirələri qorunub saxlanılır. Muzey Məmməd Səid Ordubadinin zəngin ədəbi irsinin öyrənilməsi və təbliği sahəsində səmərəli fəaliyyət göstərir.


Ünvan: Ordubad şəhəri, Mingis küç. 11