Ordubad quru meyvələri
ordubad quru meyvələri çox məşhurdur ballıblablalba Daha ətraflı →
ordubad quru meyvələri çox məşhurdur ballıblablalba Daha ətraflı →
Zeynalov Fərhad Ramazan oğlu (22.06.1929, Ordubad şəhəri - 16.10.1984, Bakı; Ordubadda dəfn olunmuşdur) –türkoloq, dilçi. Filologiya elmləri doktoru (1966), prof.(1968). Azərb. Dövlət Un-tinin (indiki BDU) fillogiya fakültəsini Daha ətraflı →
Ordubad rayonunun səthi əsasən
dağlıqdır. Ərazinin çox hissəsini, Zəngəzur silsiləsinin cənub qərb yamacı və
Araz çayına doğru ayrılan qolları tutur. Naxçıvan MR-in ən yüksək nöqtəsi olan
Qapıcıq dağı (3904 m) buradadır. Araz çayı boyu düzənliklər uzanır (Ordubad
düzənliyi və.s). Rayonda Tabaşir-Antropogen çöküntüləri geniş yayılmışdır.
Faydalı qazıntıları: polimetallar, molibden və filizləri, tikinti materialları
və s. Yayı quraq keçən soyuq iqlimi var. Orta temp-r yanvarda -3-dən -10
dərəcəyədək, iyulda 10 - 25 dərəcədir. İllik yağıntı 300-800 mm. Ən böyük
çayları: Gilan, Vənənd, Ordubad və s. İranla sərhəd boyu Araz çayı axır. Boz,
çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır.
Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr (600-1200 m) səhra və
yarımsəhra kserofit çəmənləri ilə örtülüdür. Bəbir, Cənubi Qafqaz qaya keçisi,
daşlıq dələsi, boz kəklik, ular və s. var. Ordubad rayonu ərazisində dövlət
yasaqlıqı 1969-cu ildə yaradılmışdır. Yasaqlıqda Cənubi Qafqaz və bölgə üçün
nadir olan bezar keçisi (qaya keçisi) mühafizə edilir.
Kiçik Qafqaz sıra
dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür,
Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar"
arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularından mayalanan
buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları,
göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq
abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları,
igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad
tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir.
Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz)
ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh
tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir.
"Ordubad kiçik şəhərlər içərisində Avropada birinci, dünyada isə ikinci yaşayış məskənidir ki, buraya qonaq gələn nabələd adam da azıb qalmaz. Hər məhəllədə tikilmiş 2-3 məscid və qəbiristanlığı, tinlərin və dalanların kəsişdiyi yerlərdə salınmış karvansaralar, qədim tipli çiy kərpicdən tikilmiş evləri olan bu kiçik şəhərə gələn hər bir kəs hara keçib getsə də yenə gəlib mərkəzi küçədə görüşəcəkdir".